Bakıda ağır yol qəzası olub

Ölən və xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var. Bakı şəhər Baş Polis Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 8-i, saat 18:00 radələrində Pirallahı-Bakı yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsində Abşeron rayon sakini İlham Həşimovun idarə etdiyi "Mercedes” və Bakı şəhər sakini Maarif Əhmədovun idarə etdiyi "VAZ-21011” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində Maarif Əhmədov və sərnişini Kamil Atayev xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun digər sərnişini Əsədulla Əliyev isə hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.