“Ulduz” “Mason emblemi” ilə çıxıb

Jurnalın bu sayı Yazıçılar Birliyində müzakirə olunacaq

Yazıçılar Birliyinin orqanı olan "Ulduz” jurnalının gənclərə həvalə edilən noyabr buraxılşı artıq çapdan çıxıb. "Gənc Ədiblər Məktəbi”nin koordinatoru Emin Pirinin məsul redaktoru olduğu sayda məktəb üzvlərinin şeir, hekayə və məqalələri yayımlanıb. "Ulduz” jurnalının baş redaktoru yazıçı Elçin Hüseyinbəyli də gənclərin nəşr etdirdiyi noyabr nömrəsini qənaətbəxş sayıb. Dekabrın 13-də Yazıçılar Birliyinin Natəvan klubunda jurnal müzakirəyə çıxarılacaq. Burada gənclərin yazıları və jurnalda ilk dəfə təqdim olunan rubrikalar barədə söhbət açılacaq. Qeyd edək ki, jurnalın üz qabığındakı mason emblemi ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.