10 nəfər barədə məhkəmə hökm oxuyub

Azərbaycanda terror hadisəsi törətməyə cəhddə təqsirləndirilən Nicat Əliyevə 10 il iş kəsilib

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisəsi törətməyə cəhddə təqsirləndirilən "Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyev və digər 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ANS PRESS-in məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Nicat Əliyev 10 il , Elvin Nəsirov 9 il, Ceyhun Səfərli 9 il, digər şəxslər isə 8 ildən 4 ilə qədər azadlıqdan məhrum edilib. Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində "Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror törətməyə cəhd edən 40 nəfər həbs edilib. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub. Həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusu - "Sepah”la əməkdaşlıq etdikləri bildirilib.