Körpələri də narkotik asılısı doğulan cütlük fəryad qopardı - FOTOLAR

Antaliyanın Kepez qəsəbəsində məskunlaşan R.Ə., 3 il əvvəl tanış olduğu B. A. ilə keçən il evlənib. Evlənməzdən əvvəl birlikdə narkotik maddə istifadə edən cütlük, asılılıqdan xilas olmaq üçün bir neçə dəfə cəhd etsələr də müvəffəqiyyətli ola bilmədilər. Sherg.az türk mediasına istinadən xəbər verir ki,  hamilə qalan B. A., narkotik istifadə etməyə davam edib. Cütlüyün 4 ay əvvəl doğulan R. E. A. adını verdikləri körpələri də asılı olduğu aydın oldu. Körpənin nənəsi 47 yaşlı Gülnar T., həkimlərin tövsiyəsi ilə qızından aldığı nəvəsinə həm baxdı, həm də müalicəsini boynuna götürdü. Həftələrlə ağlayan körpə, ana südündən də məhrum qaldı.
Keçən ay yaxşılaşma əlamətləri göstərən R. E. A. körpənin nənəsi Gülnar T., yaşadığı dramı gözyaşlarıyla izah edir. Qızının və kürəkəninin bu xəstəlikdən qurtarılmasını istəyən Gülnar T. bunları söyləyib:
"Çox mübarizə etdik, amma nəticəsi olmadı. Pullu bir müalicədir. Maddi vəziyyətim yaxşı deyil. Lütfən, xahiş edirəm, böyüklərimdən. Uşaqlarımı qurtarın. Körpələrinə mən baxıram. Onlar baxacaq vəziyyətdə deyil. Körpə döş görmədi. Onu uşaq qidası ilə böyüdürəm. Xəstəxanaya yatmalı, müalicə görməlidirlər. Körpələri də hazırda müalicədirlər. Mən aparıb gətirirəm. Nə olar, o körpənin gələcəyi üçün kömək olun bizə."
Ana B. A. isə 8 il əvvəl yoldaşları tərəfindən narkotikə alışdırıldığını ifadə edərək belə danışır:
"3 il əvvəl həyat yoldaşımla tanış oldum. Bir il əvvəl evləndim və bu evlilikdən uşağımız var. Hamiləliyim boyunca narkotik qəbul etmək məcburiyyətində qaldım. Körpəm də asılı doğuldu, müalicə görür. Nəzarət altındadır. Hazırda bir şeyi yoxdur, amma doğulduğu zaman onun da böhranları oldu. 3 aydan çox ağladı. Onu qurtarırıq, amma ona baxmaq üçün bizim də xilas olmağımız lazımdır. Heç əmizdirə bilmədim. Çünki maddə istifadə edirdim. Hələ də qəbul edirik."
Bir fabrikdə çalışan ata R.Ə. də, 10 il əvvəl narkotikə başladığını ifadə edərək belə deyir:
"5- 6 dəfə İstanbul və Antaliyada müalicə gördüm. Ancaq kafi olmadı. Buraxa bilmədim. 3 il əvvəl həyat yoldaşımla tanış oldum. 1 ildir də evliyik. Uşağımız da asılı doğuldu. Ana narkotokadan istifadə etdiyi üçün əmizdirə bilmir. 3 gündə bir 50 TLə qida alırıq. Artıq vəziyyətimiz pisdir. Uşağımıza biz baxa bilmirik. Qayınanam baxır. Aldığım maaş narkotikaya çatmır. Böyüklərimizdən, səlahiyyətlilərdən kömək istəyirik. Lütfən bizi qurtarın."