İsrail Ariel Şaron ilə vidalaşır







Son 8 ili komada keçirən İsrailin sabiq baş nazıri Ariel Şaron 85 yaşında vəfat edib.
Onun Tel-Əvivdə müalicə olunduğu tibbi mərkəzin rəhbəri Şaronun ürək çatışmazlığından şənbə günü öldüynü bildirib. Ariel Şaronun tabutu İsrailin parlament binası qarşısına gətirildikdən sonfra, yerli vaxtla saat 12-dən başlayaraq mərhum ilə rəsmi vida mərasimi başlayıb. Mərasim yarli vaxtla saat 18:00-dək davam edəcək.
Bazar ertəsi günü səhər knesset binası qarşısında xarici siyasətçilərin də qatılacağı rəsmi matəm mərasimi keçiriləcək.
Mərasimə ABŞ vise-prezidenti Сo Bayden və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun qatılacaqları gözlənilir.
Vidalaşma mərasimindən sonra Ariel Şaronun tabutu Negev səhrasında yerləşən mərhumun ailəsinə məxsus "Sikomora" fermasında dəfn ediləcək. Həmin məzarlıqda eləcə də onun 2000-ci ildə vəfat etmiş həyat yoldaşı da dəfn edilib. Dəfn mərasimində yalnız Ariel şaronun ailə üzvləri iştirak edəcəklər.