XAÇMAZDA FACİƏ: ana özünü oğlunun kəməri ilə asdı




Xaçmaz rayonunda intihar faktı qeydə alınıb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini 34 yaşlı Kəmalə Tağıyeva özünü asaraq intihar edib. K.Tağıyeva ailəli olub, 2 övladı var.

Sherg.az-ın Report-a istinadən məlumatına görə, ana özünü oğlunun idman kəmərilə asıb.
Fakt araşdırılır.