Ali Hərbi Məktəbin keçmiş rəisi həbs edilib

Polkovnik rüşvət alma maddəsi ilə təqsirləndirilir




Heydər Əliyev adına Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi həbs edilib.
Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.