Beynəlxalq Türk Akademiyası ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq

Astanada Beynəlxalq Türk Akademiyası ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumu imzalanb.
Azərbaycan milli mədəniyyətinin təbliğinə xidmət edəcək əməkdaşlıq memorandumu çərçivəsində müxtəlif səpgili birgə tədbirlərin təşkili ilə yanaşı, tərəflərin qarşılıqlı informasiya dəstəyinin göstərilməsi də nəzərdə tutulur. Müasir qloballaşma şəraitində milli identikliyin qorunması vəzifəsinin vacibliyini nəzərə alaraq tərəflər, eyni zamanda, mədəni irs nümunələrinin təbliği istiqamətində də müxtəlif layihələrin icrasını planlaşdırırlar.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin sözügedən əməkdaşlıq, eyni zamanda, ölkəmizdə kulturologiya elminə qarşı olan ictimai marağı artıracaq. 
Böyük imkanlara və beynəlxalq çıxışlara malik olan Beynəlxalq Türk Akademiya ilə əməkdaşlıq mövcud istiqamətdə tədqiqatlar aparan azərbaycanlı alimlər üçün də müxtəlif imkanlar yaradacaq.