13 yaşlı uşaq ağacdan yıxılaraq öldü




Gəncədə 13 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Ozan küçəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Aslanlı Vüsal Vüqar oğlu həyətdəki tut ağacından yıxılaraq ağır xəsarət alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilsə də yeniyetmənin həyatının qurtarmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.