Bakıda oteldə FACİƏ: 2 işçi şüşələri çöldən təmizləyərkən 7-ci mərtəbədən yıxıldı




Bakıda oteldə faciə baş verib. Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, mayın 26-da paytaxt sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar. Xəstəxanaya yerləşdirilən S. Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.
Araşdırma aparılır.