Kann Kinofestivalının qalibi bəlli oldu




Fransada keçirilən 70-ci Kann kinofestivalının qalibi bəlli olub.
APA-nın məlumatına görə, Avropanın ən böyük kino tədbirlərindən olan festivalın qalibi İsveç rejissoru Ruben Estlundun çəkdiyi "Kvadrat” filmi olub. Film "Qızıl palma" mükafatına layiq görülüb.
Bu ilki festivalda 19 film nümayiş etdirilib. Kinofestival mayın 17-dən 28-dək davam edib.