Yerevan: yeni pensiya sisteminə qarşı izdihamlı mitinq keçirilib






Yerevanda cari ilin əvvəlindən qüvvəyə minən sığorta-pensiya sistemi haqqında qanuna xitam verilməsi tələbi ilə izdihamlı mitinq və yürüş keçirilib.
Etiraz aksiyasında bir sıra ictimai təşkilat, qeyri-iqtidar parlament partiyaları - Jaranqutyun (İrs), Daşnaksutyun, Firavan Ermənistan, Erməni Milli Konqresi - və parlamentə daxil olmayan qüvvələr iştirak edib.

Yerevan: növbəti etiraz aksiyası hakimiyyət böhranına səbəb ola bilər

Bu, müxalif parlament qüvvələrinin birgə iştirak etdiyi ilk etiraz aksiyası olub.
Yeni pensiya sistemi üzrə, 1974-cü il yanvarın 1-dən bəri anadan olan hər bir Ermənistan vətəndaşının aylıq əmək haqqının 5 faizi onun adına açılmış əmanət hesabına keçirdilməlidir. Daha 5 faiz də, lakin 25 min dramdan (təxminən 61 dollar) artıq olmayaraq, həmin hesaba dövlət tərəfindən keçiriləcəyi nəzərdə tutulur.
caricature
Gəlir vergisindən başqa əmək haqqından məcburi daha 5 faiz tutulması ictimai etirazlara səbəb olub. Qanunun ləğv edilməsi və yaxud, heç olmasa, bir il müddətinə təxirə salınması tələbi ilə mütəmadi etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları öz maaşlarının 5 faizini hökumətə etibar etmək istəmədiklərini, pensiya yaşına (63) çatanda pullarının geri ala biləcəklərində əmin olmadıqlarını bildirirlər.

Müxalif partiya nümayəndələri pensiya sisteminin tətbiq edilməsinin təxirə salınması üçün Konstitusiya Məhkəməsinə ərizə veriblər.
Mitinqdən sonra aksiya iştirakçıları Yerevanın mərkəzi küçələri ilə yürüş keçirib, əhalini yeni pensiya sisteminə qarşı etiraza qatılmağa çağırıb.
Yerevan polis rəisinin müavini Valeri Osipyan nümayişçiləri yol hərəkətinə maneə olmamaq şərtilə yürüşün keçirilməsinə polis tərəfindən əngəl törədilməyəcəyini vəd edib
Nümayiş iştirakçıları arasında sabiq prezident Levon Ter-Petrosyanın təsis etdiyi və rəhbəri olduğu Erməni Milli Konqresin gənc üzvləri ənənənəvi "sonadək mübarizə" çağırışından başqa prezident Serj Sarkisyanın istefası tələbini də səsləyirdilər.
yerevan protest
İzdiham Yerevanın mərkəzi küçələrindən keçib, yenidən Azadlıq meydanına qayıtdı
Mitinq iştirakçıları adından Konstitusiya Məhkəməsinə müraciət qəbul etdilər. Onlar qeyri-iqtidar parlament fraksiyaları tərəfindən pensiya sisteminin tətbiq edilməsinin təxirə salınması üçün Konstitusiya Məhkəməsinə verilən ərizə üzrə "ədalətli qərar" çıxarmağı tələb edirlər.