Ərinin eşqini açıqladı, lüks otel otağında ölü tapıldı






Hindistanda İnsan Qaynaqları naziri olan  Şaşi Tharoorun gizli eşqini Twitterdən bir neçə gün əvvəl ifşa edən  həyat yoldaşı Susanda Puşkar, Yeni Dehlidəki lüks bir otel otağında ölü tapıldı. Puşkarın yarılmasını reallaşdıran həkimlərdən biri olan Sudhir Gupta, AFP xəbər agenliyinə şərhində 52 yaşındakı qadının ölümünü ‘ani və təbii deyil' şəklində xarakterizə etdi.
Puşkarın mətbuat asistenti Abhinav Qumar da müxbirlərə "Normal bir şəkildə yuxuda görünürdü" şərhini etdi. Yarılmanın qəti nəticələrinin açıqlanması üçün bir neçə gün lazım olduğu açıqlanarkən Puşkarın bədənində ‘bəzi fiziki yaraların' olduğu həkim tərəfindən vurğulandı. Polis də şübhəli ölümü araşdırmaq üçün istintaq başlatdı.
Yandırılmaq ücün krematoryuma aparılan Puşkarın nəşini ənənəvi Hind paltarları geymiş həyat yoldaşı Tharoor daşıdı. 57 yaşındakı nazirin cənazə zamanı sifətinin gərgin olması və əldən düşmüş halı diqqət çəkdi. 2010-cu ildə Tharoorla evlənmədən əvvəl Barjasıda varlı bir investor olaraq yaşayan Puşkar, üç gün əvvəl Twitter üzərində həyat yoldaşının Pakistanlı jurnalist Mehr Darayarla əlaqə yaşadığını açıqlamışdı.

‘Twitter ölüm gətirdi'

Paytaxt Yeni Dehli kübar cəmiyyətinin əhəmiyyətli adlarından biri olan Puşkar, Twitteri ən sıx istifadə edən nazirlərdən biri olaraq 2 milyon təqibçiyə sahib həyat yoldaşının hesabını ələ keçərərək ‘Pakistan agenti' olmaqla günahlandırdığı Darayarla xüsusi yazışmalarını eşitdirmişdi. Puşkar mesajlarında həyat yoldaşının çətin sovuşdurduğu 2010 tarixli bir sui-istifadə istintaqını da gündəmə gətirmişdi. Hindistan mətbuatı "Twitter ölüm gətirdi" başlıqları altında xəbərə geniş yer verdi.