"Qeyri-neft sektorunda inkişaf olmasa, manatı saxlamaq çətin olacaq"




"Mən şəxsən aidiyyatı qurumun yerinə olsaydım manatın məzənnəsini buraxardım”.

Bunu Sherg.az-a iqtisadçı - ekspert Fuad İbrahimov deyib. 

O bildirib ki, manat gərək öz mövqeyini şəffaflatsın ki, iqtisadiyyatı sağaltmaq daha rahat olsun:

"Doğrudur, manatı buraxmaq ağrılı olacaq, amma daha rahat olacaq. İndiki vəziyyətdə manatın məzənnəsini saxlamaqla əziyyətimizi artırırıq. Bəzi məmurlar  imitasiya yaradırlar, məruzə edirlər, rəqəmlərlə televiziya vasitəsilə müxtəlif addımlar atırlar. Sanki özümüz - özümüzə düşmən kəsilmişik, 
Sürətlə həmin məsələləri bərqərar etsək, manata olan təzyiqi azaltmış olarıq. Sonradan bu vəziyyətdən çıxmaq daha rahat olacaq. Ancaq manatı süni şəkildə, alətlə saxlamaqla nə vaxtsa vəziyyətin düzələcəyinə ümid etmək boş şeydir. Baxın, manatın məzənnəsini uzuzn müddət saxlaya bilməzlər. Ən azından 2017-ci ilin IV rübü və 2018-ci ilin I rübündə iqtisadi nöqteyi-nəzərdən qeyri-neft sektorunda inkişaf olmasa, bunu saxlamaq çox çətin olacaq. Düşünürəm ki, əməli formada sonra gücü çatmayıb, məzənnəni buraxacaqlar.

Ayyət Əhməd