Muarem Muarem "Qarabağ"dan ayrıldı




"Qarabağ"da uzun müddət çıxış edən makedoniyalı futbolçu Muarem Muarem Ağdam klubunu tərk edib.

Milli.Az xəbər verir ki, yarımmüdafiəçi özü bunu təsdiq edib.

O bildirib ki, yeni təklifləri dəyərləndirir.

Qeyd edək ki, Muarem Muarem 2012-2015 və 2016-2017-ci illərdə Azərbaycanda çıxış edib. O, Ağdam klubunda keçirdiyi 121 oyunda 22 qolun müəllifi olub.