Dünya Gənc Türk Yazarlar Birliyinin "Yaradıcılıq üfüqləri, gənc yazarlar üçün toplantıların təşkili” adlı layihəsi çərçivəsində növbəti tədbir iyun ayının 21-də Sumqayıt Poeziya Evində keçirildi.
Sherg.az xəbər verir ki, tədbiri giriş sözü ilə Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açdı:
" Sonra sözü DGTYB-nin məsləhət şurasının rəhbəri şair Əkbər Qoşalıya verdi. Əkbər Qoşalı həm təşkilat, həm də bu layihə haqqında qonaqlara ətraflı məlumat verdi. Layihə çərçivəsində silsilə tədbirlərin paytaxtda və bölgələrdə keçirilməsinin faydalarından danışdı. Daha sonra söz tədbiri aparmaq üçün DGTYB-nin fəallarından olan şair Günay Nərimana verildi. Onun aparıcılığı ilə davam edən tədbirdə həm gənc nəslin, həm də orta yaşlı nəslin dəyərli qələm sahibləri iştirak edirdi. Çıxış edənlərin hər biri layihənin önəmini dəfələrlə vurğuladılar və öz qələmlərindən çıxmış bir şeir səsləndirdilər.

Yazarlardan Sabir Yusifoğlu, Almaz Sahilə, Namiq Dəlidağlı, Şəhla Vahid, Arzu Rüstəm, Arzu Göytürk, Xatirə Fərəcli, Sevinc Qərib, Şəfa Ağayeva, Tapdıq Türksoy, Nigar İsmayıl, Gülnarə İsrafil, Hidayət Sönməz, Elçin Nur, Rasimə Könül, Xan Rəsuloğlu, Elvin Əlizadə, Səxavət İzzəti, Əlirza Əmbaz və s. kimi dəyərli qələm sahibləri çıxış etdilər. Sonda, DGTYB-nin təşəbbüsü ilə çap olunan müxtəlif kitablar qonaqlara hədiyyə olundu və xatirə şəkli çəkdirildi.