Çinin Haiku şəhərində bir qadın, sevgilisi tərəfindən kanalizasiyaya atıldıqdan 60 saat sonra səsini eşidən vətəndaşlar tərəfindən qurtarıldı.
Təxminən üç gün boyunca suların içərisində həyat mübarizəsi aparan qadının, 3 metr boyundakı kanalizasiyanın qapağına çatmaq üçün paltarlarından nərdivan hazırladığı, ancaq müvəffəqiyyətsiz olduğu ifadə edildi. Kömək üçün çoxlu qışqırdığını ifadə edən Guo adlı qadın, "Çuxurda keçirdiyim ilk gecə heç yatmadım. Davamlı yuxarıya baxsam boğulmayacağımı düşündüm” dedi. Atılma anının təhlükəsizlik kameraları tərəfindən yazıldığını ifadə edən polis, cinayətkarın nəzarətə alındığını ifadə etdi. Polis ayrıca təhlükəsizlik kameralarında, adamın kanalizasiya qapağını əvvəldən qaldırdığını və çuxurun üzərini kartonla bağladığının açıqladı. Sevgilisini kanalizasiyaya itələdiyini etiraf edən adam, sevgilisinə olan 16 min dollarlıq borc üzündən öldürməyə çalışdığını ifadə etdi.