50 ildən sonra böcəkləri yeyəcəyik




Qaziantep Universiteti mühəndislik fakültəsi dekanı professor Mustafa Bayram 50 il ərzində dünya əhalisinin 9 milyarda çatacağını və insanların qida çatışmazlığını böcək yeməklə aradan qaldıracağını iddia edib.

Türkiyə mediası xəbər verir ki, dünyada yeyilə biləcək 1500 böcək növünün olduğunu deyən professor qarşıdakı zamanlarda müharibələrin neft uğrunda deyil, su və qida mənbələri uğrunda baş verəcəyini dilə gətirib. 9 milyard insanı doyura bilmək üçün iki qat artıq istehsal gücü tələb olunsa da, ərzaq istehsalı imkanları azalır: "Türkiyədə və dünyada əkinçilik sahələri getdikcə azalır, çünki vətəndaşlar şəhərə köçür. Bu halda "bu məhsulları kim yetişdirəcək?” şəklində problem ortaya çıxır. İnsanların sayı artsa da, qidanın miqdarı azalır. Yeni bir alternativ həll yolu tapmaq məcburiyyətindəyik. İlk ağla gələn böcəklərlə qidalanmaqdır. Bu həll yolu bu anda tabu

kimi gələ bilər. Amma insan aclığa ən çox 3-5 gün dözə bilər. Bu gün qəbul etməsək belə, aclıqdan ölməmək üçün alternativ məhsulları qəbul etməyimiz lazım gələcək”.