Sərnişin avtobusu aşıb, 6 nəfər yaralanıb





Bakının Suraxanı rayonunda, Heydər Əliyev prospektinin "Buta Palace" sarayına yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, "10 RC 430" dövlət nömrə nişanlı "Mercedes Benz"lə "90 JR 207" nömrəli "Hyundai" markalı sərnişin avtobusu toqquşub.
Qəza nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar - 45 yaşlı Zakir Seyfullayev, 34 yaşlı Sulduz Hüseynov, 24 yaşlı Əminə Rəcəbova, 46 yaşlı Ulduz Abdullayeva, 17 yaşlı Fərid Ağalarov 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.
Hadisəni araşdıran Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı Seymur Məmmədovun APA-ya verdiyi məlumata görə, "Mercedes Benz”in "Hyundai"ni arxadan vurması nəticəsində avtobus aşıb. Sürücülər ifadə vermək üçün rayon polis idarəsinə dəvət olunublar. Faktla bağlı araşdırma aparılır.