Tramp Polşada Rusiyanı tənqid edib




Polşada səfərdə olan ABŞ prezidenti Donald Tramp Rusiyanı tənqid edib.

Sherg.az-ın "Lemonde.fr"ə istinadən xəbərinə görə, Tramp Moskvanı qeyri-stabil davranışlarda və 2016-cı ildə ABŞ -da baş tutan prezident seçkilərinə müdaxilə ilə bağlı məsələlərdə qınayıb. 

O, Rusiyanı ABŞ-dakı seçki prosesinə müdaxilə haqqında spekulasiyalara son qoymağa çağırıb.

 Rusiya ilə konstruktiv münasibətlərdə maraqlı olduqlarını diqqətə çatdıran ABŞ prezidenti qeyd edib ki, Moskva ilə münasibətlər Yaxın Şərqdəki proseslərə və Ukrayna hadisələrinə görə daha da kəskinləşib. 

Ayyət Əhməd