Abel Məhərrəmov: "Tələbə istəmədiyi müddətcə onu heç kim kredit götürməyə məcbur edə bilməz"

BDU rektoru: "Yeni qaydalar yanvar ayından tətbiq olunur”"



Təhsil "Bu günədək tələbələrdən bir manat da olsun ödəniş pulu almamışıq”. ANS PRESS-in məlumatına görə, bu barədə BDU rektoru Abel Məhərrəmli jurnalistlərə açıqlamsında deyib. O bildirib ki, bəzi sosial vəziyyəti yaxşı olmayan tələbələr əlavə ödənişdən azad olublar:
"İstənilən ali məktəb qanunlarla fəaliyyət göstərir. Təhsil Nazirliyinin və Nazirlər Kabinetinin müvafiq qərarları Universitetlərdə icra olunur. Tələbələr akademik borca qaldıqda kredit götürə bilirlər. Bu kreditləri tələbələrin həm alt qrupdan, həm də üst qrupdan götürmək imkanları var. Belə olan halda bəzi kateqoriyalı tələbələr ödəniş həyata keçirməlidir, bəzilərinin isə ödəniş etməsinə ehtiyac yoxdur. Qanunvericiliyə uyğun olaraq tələbənin 30 kreditə kimi ödənişsiz təhsil almaq hüququ var. Əgər bu həd 30 dan yuxarı olarsa o zaman əlavə vəsait ödənilməlidir. Bu universitet dövlətindir. Burada tələbələrdən nə əlavə ödəniş tələb etmək olar, nə də qanun varsa ki, ödəniş olmalıdır ondanda baş qaçırmaq mümkün deyil".

BDU rektoru həmçinin bildirib ki, hər bir anda prosesi tələbənin xeyrinə yönəltməyə çalışır. "Əlbəttə biz bilirik ki, müəyyən ailələrin sosial vəziyyəti aşağıdır. Bəzi tələbələr kirayədə qalır. Biz istəyirik ki, bu cür tələbələr əlavə ödənişdən azad olsun. Tələbə istəmədiyi müddətcə onu heç kim kredit götürməyə məcbur edə bilməz. Tələbə krediti gələn il də götürə bilər. Biz yeni qaydalar tətbiq olunandan bu günədək bir tələbədən də olsun bir manat da olsun ödəniş pulu almamışıq. Yeni qaydalar yanvar ayından tətbiq olunur”, - deyə Abel Məhərrəmov bildirib.