“Moskva” Univermağında baş verən yanğın söndürülüb

Hadisə nəticəsində xəsarət alan olmayıb




. Bakıda ticarət mərkəzində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə XidmətindənAPA-ya verilən məlumata görə, hadisə "Moskva" univermağında qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Fövqəladə Hallar Nazirliyi "Moskva” Univermağında baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın Nazirliyi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Moskva” Univermağının binasında yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın məhdudlaşdırılıb. İlkin məlumata əsasən, 1 ədəd eskalatorun yanar hissələri yanıb.
 "Moskva” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın Ticarət Mərkəzinin üçüncü mərtəbəsində qeydə alınıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın eskalatorda yaranan qısaqapanmadan baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.