Surxay Əliyevin həbs müddəti uzadılıb

"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

APA xəbər verir ki, bununla bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmənin qərarı ilə həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən saxlanılan Surxay Əliyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib.