Seçkiyə gedən və getməyən partiya sədrləri - Siyahı

1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək və etməyəcək əsas siyasi partiya sədrlərinin adı bəlli olub.

Sherg.az Axar.az-a istinadən sözügedən siyahını təqdim edir:

Seçkidə namizəd kimi iştirak edən partiya sədrləri:

1. İlqar Məmmədov – ReAL Partiyası, 22 saylı Nəsimi-Yasamal seçki dairəsi;

2. Tural Abbaslı – AĞ Partiya, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi;

3. Fazil Mustafa – Böyük Qurtuluş Partiyası, 26 saylı Sabunçu birinci seçki dairəsi;

4. Razi Nurullayev – Milli Cəbhə Partiyası, 81 saylı İmişli seçki dairəsi;

5. Elşad Musayev – Böyük Azərbaycan Partiyası, 10 saylı Binəqədi üçüncü seçki dairəsi;

6. Mirmahmud Mirəlioğlu – Klassik Xalq Cəbhəsi Partiyası, 43 saylı Sumqayıt ikinci seçki dairəsi;

7. Fərəc Quliyev – Milli Dirçəliş Hərəkatı Partiyası (namizədliyini irəli sürdüyü dairəni açıqlamayıb);

8. Qüdrət Həsənquliyev – Ədalət, Hüquq, Demokratiya Partiyası, 36 saylı Xətai-Suraxanı seçki dairəsi;

9. Elşən Musayev – Azərbaycan Demokratik Maarifçilik Partiyası, 116 saylı Zaqatala seçki dairəsi;

10. Arzuxan Əlizadə – Azərbaycan Milli İstiqlal Partiyası, 27 saylı Sabunçu II seçki dairəsi.

11. Pənah Hüseyn - Azərbaycan Xalq Partiyası, 68 saylı Sabirabad-Şirvan seçki dairəsi;

12. Sərdar Cəlaloğlu - Azərbaycan Demokrat Partiyası, 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsi;

13. Asim Mollazadə - Demokratik İslahatlar Partiyası, 22 saylı Nəsimi-Yasamal seçki dairəsi;

14. Akif Nağı - Azad Vətən Partiyası, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi.

Partiyası seçkiyə qatılsa da, özü namizəd olmayan sədrlər:

1. İqbal Ağazadə – Ümid Partiyası;

2. İsa Qəmbər – Müsavat Partiyası;

3. Tahir Kərimli – Vəhdət Partiyası;

4. Sabir Rüstəmxanlı – Vətəndaş Həmrəyliyi Partiyası;

5. Fəzail Ağamalı – Ana Vətən Pariyası;

7. Hafiz Hacıyev – Müasir Müsavat Partiyası;

8. Əli İnsanov - Haqq Ədalət Partiyası.

Qeyd edək ki, Azərbaycanda 26 partiya qeydə alınıb. YAP da daxil olmaqla, 23 partiya artıq seçimini edib, AXCP seçkiyə qatılmır, digər 2 partiya yekun qərar verməyib.