“Onu tez-tez ziyarət edirəm” -Dərya Tuna Tatlısəs haqqında danışdı

Aralarında vaxtilə yaşanan böyük sevgiyə, hətta övladları olmasına rəğmən 18 illik evliliklərini boşanma ilə sonlandıran İbrahim Tatlısəs və Dərya Tuna ara-sıra yenə bir araya gəlir. Bu günlərdə İstinyeParkda görüntülənən məşhur aktrisa Dərya Tuna keçmiş həyat yoldaşı, türk musiqisinin “imperator”u adlandırılan İbrahim Tatlısəsin səhhəti ilə bağlı məlumat verib. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Dərya Tuna ağır əməliyyat keçirmiş Tatlısəsi xəsətxanada olduğu müddətdə tez-tez ziyarət etdiyini söyləyib: “İbrahim ağır qəza keçirdi, əməliyyat olundu, onu yalqız buraxmadım. Başından bəri tez-tez ziyarət etdim, ruh yüksəkliyi verməyə çalışdım.  Əməliyyat olunduğu o ağır gündə də yanında idim. Çox şükür, indi səhhəti normaldır”. Dərya Tuna İbrahim Tatlısəslə birgə övladları İdonun əkiz övladlarını görmək üçün yanlarına gedəcəyini də deyib: “Buraya nəvələrimə alış-veriş etməyə gəldim. Onlar üçün çox darıxmışam. Hədiyyələri alıb yanlarına gedəcəyəm”.