Kökəldiyini sandı rəhmindən 5 kiloqram şiş çıxdı -ŞOK OLAY

Türkiyənin Trabzon bölgəsində qarın ağrısı şikayətiylə xəstəxanaya aparılan 45 yaşlı qadının rəhmindən 5,5 kiloqram ağırlığında şiş çıxarılıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə xəbər verir ki, Trabzonda yaşayan qadın qarın nahiyəsində ağrılar səbəbiylə Qanuni Tədris və Araşdırma Xəstəxanasına müraciət edib. Aparılan müayinələr zamanı qadının qarın nahiyəsindən sinəsinə qədər uzanan kütlə müəyyən edilib. Qadın xəstəlikləri və doğum üzrə mütəxəssis həkim Hasan Akyüz qadını əməliyyat edib və onun rəhmindən 5,5 kiloqram şiş çıxarıb. Həkim bildirib ki, qadın qarın nahiyəsindəki şişkinliyə əhəmiyyət vermədən uzun müddət elə zənn edib ki, bu, köklüklə bağlıdır: "Müayinə zamanı qarın nahiyəsində sinə hissəyə qədər uzanan şiş təsbit etdik. Bu cür şişlər heç bir narahatlıq vermədən səssiz böyüyür, son nəticədə ağır xəstəlik formasında özünü göstərir. Qadınlar sağlamlıqlarına qarşı diqqətli olmalı və vaxtaşırı müayinə olunmalıdırlar. Müayinələr nə qədər intensiv olarsa, xəstəliklər ilkin mərhələdə aşkarlanır, müalicə də asanlaşır”. 
Məlahət