İyulun 22-də məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti üçün onlayn sınaq qiymətləndirilməsi olacaq.
Sherg.az APA-ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib. Onun sözlərinə görə, iki sınaq imtahanının keçirilməsi planlaşdırılır.
İ. Rəsulova vurğulayıb ki, bununla da məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti diaqnostik qiymətləndirmədə mövzularla bağlı sualların hansı səpkidə olacağı ilə tanış olacaqlar:
“Bu imtahanlar könüllüdür. Düşünürəm ki, pedaqoji heyətin bu imtahanlarda iştirakı onların xeyrinədir”.
“Həmçinin respublika üzrə imtahan mərkəzlərində əyani imtahanlar da həyata keçiriləcək və bununla bağlı məlumat veriləcək”, - deyə əlavə edib.