Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb

Mingəçevir su anbarında batmış şəxsin meyiti aşkarlanıb.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batmış Zaqatala rayon sakini 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.