Tortdan zəhərlənmə nədən qaynaqlanır? -Toksikoloq izah etdi

Toy mərasimləri və ad günlərinin vazkeçilməz təamlarından biri də tort və müxtəlif şirniyatlardır. Lakin  bəzən şirniyyatdan da zəhərlənmə halları baş verir.
Məsələn, elə ötən gün Şamaxının Məlikçobanlı kəndində keçirilən toy mərasimində 21 nəfər tortdan zəhərlənib.
Bəs bu zəhərlənməyə nə səbəb olur?

 KTM in baş toksikoloqu,professor Azər Maqsudov “Sherg.az”a bildirib ki, zəhərlənmə toy mərasimlərində və ad günlərində istifadə edilən şirniyyatların tərkibində olan maddələrdən qaynaqlanır:

“Əsasən həmin şirniyyatların saxlama müddətinə fikir vermək lazımdır. Çünki bəzən saxlama müddəti pozulur. Yəni şirniyat və tort soyuducuda çox qaldıqda infeksiyalaşmış qida məhsulu kimi fəsad verə bilər. Şirniyyatlarda istifadə edilən maddələrə fikir vermək lazımdır ki, saxlama müddəti və saxlama qaydası pozulmasın. Pozulduğu halda xoşa gəlməz vəziyyət yaranacaq. Hətta kütləvi şəkildə zəhərlənmə də baş verə bilər. Bunların hər birinə düzgün riayət edilsə, zəhərlənmənin qarşısını almaq olar. Ancaq zəhərlənmə olarsa, həkimdən öncə mədə bağırsaq təmizlənməlidir. Mədədə ürək bulanma, baş ağrısı, qusma, baş gicəllənmə, ishal kimi şikayətlər olur. Ancaq getdikcə vəziyyət dərinləşə və bədənin hərarəti qalxa bilər. Belə hallarda xəstə nəzarət altında olmalıdır”.