Trampa hücum edənin atası polisə üz tutub: "Oğlum və silahım yoxa çıxıb"
09:59 18.07.2024
Dünya
520
Məlum olduğu kimi ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçki mitinqində kürsüdə çıxış edərkən silahlı hücum nəticəsində sağ qulağından yaralanıb. Sui-qəsddən bir neçə dəqiqə sonra 20 yaşlı cinayətkarın atası oğlu Tomas Metyu Kruksun və AR tipli tüfənginin itdiyini görüb və polisə müraciət edib. Narahat atanın xəbəri üzərinə polis bir gün ərzində hücumçunu müəyyən edib və ictimaiyyətə açıqlayıb.
Sherg.az xəbər verir ki, Metyu Kruks adlı şəxs şənbə günü Pensilvaniya ştatında keçirilən mitinqdə Trampın güllələnməsindən az sonra onun 20 yaşlı oğlu Tomas Metyu Kruksun və AR tipli tüfəngin itdiyini görüb.
Üç yüksək rütbəli polis məmuru NBC News-a atanın bu vəziyyətdən narahat olduğunu və polisə müraciət etdiyini söyləyib.
Polis daha sonra Pensilvaniyada Kruksun ailəsi ilə birlikdə yaşadığı evə gedib.
Təxminən bir gün sonra Tomas Metyu Kruks Trampın mitinqinin təhlükəsizlik perimetri xaricindəki binanın damından atəş açan silahlı şəxs kimi açıqlanıb. Kruksun həmin gün şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün müstəntiqlər DNT nümunələrindən istifadə edərək onun şəxsiyyətini təsdiqləyiblər.
Hücumda istifadə edilən silahın atasının yoxa çıxan silahı olduğu müəyyən edilib. Polis bildirib ki, Kruks hücum zamanı atasının qanuni qeydiyyatda olan 5,56 kalibrli AR tipli tüfəngdən istifadə edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Kruksun evində axtarış apararkən “ondan çox” odlu silah tapdıqlarını bildiriblər.
Yüksək rütbəli polis rəsmiləri bildiriblər ki, Kruks mitinq hücumundan 50 saat əvvəl silah-sursat alıb.
FTB həmçinin Kruksun mitinqə getdiyi avtomobildə partlayıcı ilə doldurulmuş metal kanistr tapıb. Polis deyir ki, bu, hücumçunun hansısa partlayış törətməyi planlaşdırdığına işarədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya