“ANAMA” sənədli filminin təqdimat mərasimi keçirilib
16:45 18.07.2024
Gündəm
317
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin fəaliyyətinə həsr olunan “ANAMA” tammetrajlı sənədli filminin təqdimat mərasimi baş tutub.
“Report” xəbər verir ki, mərasimdə dövlət və özəl qurumların rəhbərləri, ANAMA Agentliyinin rəhbərliyi ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, filmin qəhrəmanları öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsini həyata keçirən minaaxtaranlardır:
"Filmin əsas sujet xətti işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən icra edilən humanitar minatəmizləmə əməliyyatları, minatəmizləmə prosesini həyata keçirən minaaxtaranların peşəkar və məsuliyyətli fəaliyyəti və həyatı üzərində qurulub".
Filmin əsas epizodları minalanmış sahəyə qaçan inəyini xilas edərkən minaya düşən kənd sakininin monoloqu üzərində qurulub. Film minaaxtaranların işinin fonunda müharibə faciələrini yaşayan Qarabağ sakinlərinin də hekayələrini əks etdirir.
Qeyd edək ki, çəkilişləri Horadiz, Ağdam, Hadrut və Göygöldə aparılan filmin quruluşçu operatoru Nadir Mehdiyev, səs rejissoru Orxan Ağalarov, montaj rejissoru Elşad Rəhimov, prodüseri isə Tofiq Musayevdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya