Gürcüstanda dəm qazından boğulan 4 azərbaycanlı bu gün dəfn olunacaqlar






 Gürcüstanda dəm qazından zəhərlənərək ölən 4 nəfər azərbaycanlı bu gün Bolnisi rayonunda dəfn ediləcəklər. Hadisə Gürcüstanın paytaxtı Tiflis şəhərinin Krtsanisi rayonunda baş verib.
Vəfat edənlər ad günü mərasimində toplaşan Tiflisdə yaşayan, əslən Bolnisi rayonunun Darvaz kəndindən olan 25 yaşlı Zamin Bayramov və anası 58 yaşlı Nanə Bayramova, eləcədə Rustavidən gəlmiş 17-18 yaşlarında qohumları olub.
Hadisə hamamda qızdırıcının söndürülməməsi səbəbindən baş verib.
Ş.Bayramovun 25 yaşlı oğlu Zamin Bayramov qonaqlıqdan sonra hamamda yuyunub, qızdırıcının qazını söndürməyərək yatıb. Nəticədə Z.Bayramov, onun 58 yaşlı anası Nanə Bayramova və ad günündə iştirak etmək üçün Rustavidən gəlmiş 17-18 yaşlarında iki qohumu, adları hələlik məlum olmayan gənclər dəm qazından zəhərlənərək ölüblər.