Bələdiyyə sədrinin vəkili tonqaldan tullana bilmədi

Novruz tonqalından tullanan vəkil müvazinətini itirərək yerə yıxılıb




 Türkiyədə təşkil edilən Novruz şənliklərindən birində maraqlı bir hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Türkiyənin Uşak şəhərində təşkil edilən rəsmi mərasimdə protokol üzvləri Novruz tonqalının üzərindən tullanıblar. Uşak Bələdiyyə başçısının vəkili Nejat Çolak da tonqaldan tullanmaq istəyib. Lakin o tarazlığını itirərək yerə düşüb. Çolakı yerdən mühafizəçilər qaldırıb.


Daha sonra protokol üzvləri yumurta döyüşdürüblər.

Novruz şənliyində xalq oyunları sərgilənib. Böyük marağa səbəb olan yığıncağda əylənən sakinlər tonqal üzərindən tullanaraq baharın gəlişini qeyd ediblər.

Yığıncaqda bir sıra rəsmi şəxslər, rəqqaslar, keçəl və kosa da iştirak edib.