Suriyada daha iki azərbaycanlı öldürüldü





Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb. Bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Məlumata görə, ölən döyüşçülər "İraq Şam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan "Səlahəddin” və "Ləzgi Həmzə” ləqəbli Azərbaycan vətəndaşlarıdır. "Səlahəddin” ləqəbli azərbaycanlının əsl adının Mahmud, özünün isə Azərbaycanın Şəki rayonundan olduğu bildirilir. Mücahidlər hər iki şəxsin fotosunu sosial şəbəkələrdə paylaşıb. Onların bir müddət əvvəl öldürüldüyü bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb.

Prezidentlər görüşdü

Ceyms Uorlik bu barədə öz "Twitter” səhifəsində yazıb

Ermənistan və Azərbaycan prezidentləri Haaqada görüş keçiriblər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə öz "Twitter” səhifəsində yazıb.

O, prezidentlərin qısa danışdıqlarını qeyd edib.

"Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?”, - deyə C.Uorlik sual edib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentləri Haaqada Nüvə Təhlükəsizliyi Məsələləri üzrə Sammit çərçivəsində görüşüblər.

Həmsədr "Twitter” istifadəçilərinə belə bir sual ünvanlayıb: "Tərəflər əvvəlkitək Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini tapmasına tərəfardırlarmı?”