Ərdoğan Gülənin şəhərində qalibdir

Ərzurumda ilkin nəticələrə görə, AKP böyük səs qazanıb


 

Türkiyədə dini icma lideri Fətullah Gülənin anadan olduğu və hazırda yaxın qohumlarının yaşadığı Ərzurum şəhərində hakim Ədalət və İnkişaf partiyası səsvermənin ilkin nəticələrinə əsasən rəqiblərini böyük səs faizi ilə geridə qoyur.
30 mart seçkilər günündən əvvəl şəhərin hər yeri Milliyətçi Hərəkat Partiyasının (MHP) bayraqları ilə bəzədilmişdi. Fətullah Gülənin şəhərdə yaşayan qohumları Güləni dəstəklədiklərini dəfələrlə bildirmişdilər.

Ərzurumda bulletenlərin əksəriyəti sayılıb. İlkin nəticələrə görə AKP böyük səs faizi ilə CHP və MHP-ni üstələyir.