AKP öndədir

Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanır




Türkiyənin rəsmi "Anadolu” agentliyinin  verdiyi xəbərə görə, indiyə qədər seçki qutularının 18,6 faizi açılıb.
Məlumata görə, AKP səslərin 48,56, CHP-26,65, MHP-13,42, BDP-3,34 faizini qazanıb. Türkiyənin üç önəmli şəhərində İstanbulda CHP, Ankarada AKP, İzmirdə CHP öndədir. Diqqət mərkəzində olan rayonlardan biri də Ərzurumdur. Bura AKP-nin son aylardakı əsas müxalifətinə çevrilmiş "Hizmət" Hərəkatının lideri Fətullah Gülenin doğulduğu rayondur. İlkin nəticələrə görə, Ərzurumda səslərin 59, 92 faizini AKP-nin namizədi qazanıb.
Ümumilikdə Türkiyənin 46 rayonunda AKP öndədir.
***
22:33
Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb. Lent.az-ın milliyet-ə istinadən verdiyi məlumata görə, səslərdən 4 milyon 609 min 908-i sayılıb. Baş nazir Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf partiyası 49,21 faiz səslə öndədir. CHP və MHP xeyli geri qalır. Ölkənin İstanbul və Ankara kimi iki böyük şəhərində bu partiyanın nümayəndəsi öndə gedir. İzmirdə isə CHP-nin namizədi hələ ki, liderliyini qoruyur.
Bu saata olan məlumata görə, ölkə ərazisində seçicilərin 8,6-nın səsləri sayılıb