DƏHŞƏT! Seçkidə iştirak etdi, sonra özünü güllələdi





Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı dəhşətli hadisə baş verib. Lent.az-ın "Sözcü” qəzetinin saytına istinadən verdiyi məlumata görə, Trabzonda 52 yaşlı Sultan Kandemir Beşirli məhəlləsindəki məntəqədə səs verdikdən sonra intihar edib.
Bildirilir ki, S.Kandemir polis tərəfindən axtarışda olub. Onun adı kompüterə daxil edilərkən bu bəlli olub. Məntəqədə seçiciyə bildirilib ki, daha sonra polis idarəsinə getsin. Lakin o etiraz edib. Yaxalanacağını görən şəxs tapançasını başına dirəyərək özünü insanların gözü qarşısında güllələyib.