“Mercedes” tanınmış icra başçısının evinə çırpıldı, ağır yaralılar var





Göygöldə iki gəncin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Göygöl rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində baş verib.
Kənd sakini, 1994-cü il təvəllüdlü Rauf Teymurazov atasına məxsus "Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən, idarəetməni itirib və yolun kənarındakı yaşayış evinin divarına çırpıb. Hadisə nəticəsində sürücü və sərnişin, 1993-cü il təvəllüdlü Elbrus Əmiraslanov ağır bədən xəsarətləri alıblar. Gəncədə xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Göygöl rayon Polis Şöbəsindən bildiriblər ki, avtomobilin çırpıldığı ev hazırda İmişli rayon icra başçısı olan Vilyam Hacıyeva məxsusdur.