20 qəpik: Siqaret bahalaşdı




Paytaxt mağazalarında satışa çıxarılan bəzi siqaret məhsullarının qiyməti bahalaşıb. Məlumata görə, bahalaşma əsasən "Kent” firmasının məhsullarına şamil edilib.

Belə ki, dünən səhər saatlarından "Kent”in hər bir məhsulunun qiyməti 20 qəpik qalxıb. Satıcılar bahalaşmanın səbəbini bilməsələr də, bu qərarın məhsulları satışa çıxaran firma tərəfindən müəyyən edildiyini qeyd ediblər.

Xatırladaq ki, ötən ay da tütün məmulatlarının qiymətində artım müşahidə olunub. Lakin bir müddətdən sonra qiymətlər əvvəlki vəziyyətinə qaytarılıb.

Bahalaşmanın səbəbləri barədə "Şərq”ə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bahalaşmanı sözügedən sahənin monopoliyada olması ilə izah edib: "Siqaretin bahalaşmasına aksiz vergisin qiymətinin qalxması da təsir edə bilər. İnanmıram ki, Azərbaycanda bu artım aksiz vergisi ilə bağlı olsun. Ölkəmizdə belə halların tez-tez təkrarlanması inhisarçılıqla əlaqədardır”.

Ayyət Əhməd