Natəvan Həbibi danışmaq istəmədi

Aygün Kazımova nə yazıb, nə pozub, ona maraqlı deyil


Ötən gün Xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə müğənni Natəvan Həbibinin Ramal İsrafilovla onun arasındakı qalmaqala münasibət bildirdiyi üçün təhqir etdiyi barədə xəbər yayımlamışdıq.

Küçə ifadəsi ilə həmkarının ünvanına ağır sözlər işlədən Xalq artistinin bu hərəkəti sosial şəbəkələrdə etiraza səbəb oldu. Necə ola bilər ki, Azərbaycan musiqisinin təmsilçisi, özünü şou-biznesin divası adlandıran Aygün öz şəxsi "instaqram” səhifəsində açıq-aşkar bu cür sözlər işlədir? Nəzərə alsaq ki, Aygün Kazımovanın "instaqram”da 35543 izləyicisi var və özü də yaxşı bilir ki, media onun paylaşımlarına istinad edərək dəfələrlə xəbər yayımlayıb. Bu gün isə məlum oldu ki, Aygün Kazımova "instaqram”dakı söyüşlə dolu statusunu silib. Hələ ki, sözügedən proqram yayımlanmadığı üçün biz Natəvanın Aygünün ünvanına nələr dediyini bilmirik.

Xalq artistinin "instaqram”dakı söyüşünə isə Natəvan cavab vermək istəməyib. Özünü müğənninin köməkçisi kimi təqdim edən Aysu adlı xanım Kazımovanın fikirlərinin Natəvana maraqlı olmadığını qeyd edib: "Aygün Kazımovanın nə yazıb, nə pozduğu Natəvan xanıma maraqlı deyil. O, bu haqda danışmaq istəmir”.

Tahirə