Deputat: ““26 Bakı Komissarı” küçəsinin adının dəyişdirilməsinə narazılıq..."




""26 Bakı Komissarı” küçəsinin adının dəyişdirilməsinə narazılıq edən insan ola bilməz”.

Bunu "Sherg.az”a "26 Bakı Komissarı” küçəsinin adının dəyişdirilərək "2 aprel” qoyulmasına münasibət bildirərkən millət vəkili Fəzail İbrahimli deyib. 

Sosial şəbəkələrdə və mətbuatda bu məsələnin müzakirə olduğunu diqqətə çatdıran deputat bildirib ki, buna etiraz edənlərin tarixdən xəbəri yoxdur:

"Həmin şəxslər bu millətin soyqırımını bilmir. 26 Bakı Komissarlarının Azərbaycanda törətdikləri soyqırımı siyasəti danılmazdır. Küçənin adının dəyişdirilməsinə etiraz edənlərin Şaumyanın rəhbərliyi altında Bakı komissarlarının tək bir gecədə Bakıda 12 min insanı qırmasından məlumatsızdır.

"26 Bakı Komissarları” adının saxlanılması məqsədəuyğun deyil”.

Küçənin adının indiyə qədər niyə saxlandığı sualına gəlincə, F.İbrahimli vurğulayıb ki, bu məsələ ilə aidiyyəti qurumlar məşğul olmalı idi.

Qeyd edək ki, faktın dəqiqliyi ilə bağlı danışan Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məsələdən xəbərsiz olduğunu bildirib.

Aysel Aslan