Nazim İmanov vəzifəyə təyin olundu




Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun yeni direktorunun adı bəlli olub. Adıçəkilən institutdan Lent.az-a bildirilib ki, sabiq millət vəkili Nazim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun yeni direktoru seçilib: "Amma hələlik Nazim müəllim işinə başlamayıb”.