4 min 200 kilo verdilər

Mədə kiçiltmə əməliyyatı olan 70 nəfər, təşkil edilən partidə görüşdü
Adana və Mersində mədə kiçiltmə əməliyyatı olan 70 nəfər, təşkil edilən partidə görüşdü. Partiyə, əməliyyat keçirdikləri xəstəxanada tanış olub evlənən və körpə gözləyən cütlüklər də qatıldı.
Mədə kiçiltmə əməliyyatıyla təxminən 4 min 200 kilo arəqlayan 70 nəfər, partidə bir araya gəlib. Əməliyyatları edən Ümumi Cərrahı Mütəxəssisi Op. Dr. Ərdal Cücükün vəzifə yerinə yetirdiyi Medical Park Tarsus xəstəxanasının təşkil etdiyi partidə, əməliyyat dövründə xəstəxanada tanış olub evlənən və 15 gün sonra körpə gözləyən cütlüklər də qatılıb.
"15 il ömür uzadır"
Medical Park Tarsus Xəstəxanası Ümumi Cərrahı Mütəxəssisi Op. Dr. Ərdal Cücük, mədə kiçiltmə (balon mədə) əməliyyatıyla mədənin yüzdə 75-85 faizinin alındığını, beləcə adamın çox az yeməklə doyması nəticəsində zəiflədiyini söyləyir. "Bu əməliyyatla, adamın ömürü ortalama 15 il uzanır. Mədəsi kiçilən adam kalorili yemək və turşulu içki istehlak etsə, ya da məşq etməzsə mədəsi bir miqdarda böyüyə bilər. Amma heç bir zaman keşmiş halına gəlməz" deyə vurğulayıb.