Qasırğa oldu... ...Göydən balıq yağdı





Şri-Lankada inanılmaz hadisə baş verib. Şiddətli qasırğa nəticəsində bəzi kəndlərdə evlərin damlarına və bağçalara göydən balıqlar yağıb.

Kəndlərdən birində qasırğanın dayanmasından sonra çölə çıxan kəndlilər ən az 50 kilo balıq yığa bilib. Bu möcüzəli hadisədən çaşıb qalan kənd sakinləri belə bir şeyə ilk dəfə şahid olduqlarını deyiblər. Mütəxəssislər bu qeyri-adi hadisənin xüsusilə dayaz sularda meydana gələn kiçik təbii hadisələr nəticəsində mümkün olduğunu söyləyiblər. Nəticədə külək sudakı balıqları qasırğa vasitəsi ilə onlarla kilometr uzağa apara bilir.