Bakıda işıq dirəyi aşıb

Bakıda işıq dirəyi aşıb, şirkətin iki əməkdaşı xəsarət alıb.

"Report" xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən "Mətanət A" şirkətində işıq dirəyi aşıb.

Nəticədə orada çalışan Ramil Kərimov və Nihat Məmmədov xəsarət alıb.

"Mətanət A" şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, elektrik xətti qurumun Qaradağdakı zavodundan 5 kilometr uzaqlıqda yerləşir: "Hadisə zavodun çölündə baş verib. Belə ki, elektrik işlərini icra edən podratçı şirkət zavodun çölündə iş görən vaxt dirək aşıb. Xəsarət alan şəxslər də həmin podratçı şirkətin əməkdaşlarıdır. Baş verən hadisənin bizim şirkətə heç bir aidiyyəti yoxdur".

Faktla bağlı araşdırma aparılır. Bakıda işıq dirəyi aşıb, şirkətin iki əməkdaşı xəsarət alıb
A-
A+
Bakıda işıq dirəyi aşıb, şirkətin iki əməkdaşı xəsarət alıb.

"Report" xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən "Mətanət A" şirkətində işıq dirəyi aşıb.

Nəticədə orada çalışan Ramil Kərimov və Nihat Məmmədov xəsarət alıb.

"Mətanət A" şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, elektrik xətti qurumun Qaradağdakı zavodundan 5 kilometr uzaqlıqda yerləşir: "Hadisə zavodun çölündə baş verib. Belə ki, elektrik işlərini icra edən podratçı şirkət zavodun çölündə iş görən vaxt dirək aşıb. Xəsarət alan şəxslər də həmin podratçı şirkətin əməkdaşlarıdır. Baş verən hadisənin bizim şirkətə heç bir aidiyyəti yoxdur".

Faktla bağlı araşdırma aparılır.