Tərləməyə qarşı bir nömrə...

Dezodorantları, “roll on”ları unudun!

  Dezodorantları, antiperspirantlar, tərləməyə qarşı təklif edilən yumru başlıqlı deodorantlar bu problemi müvəqqəti həll edir. İsti günlərdə isə tər qoxusu kimi dəhşətli hal insanın özünü də, ətrafdakıları da narahat edir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, isti yay günlərində tərləmənin və tər qoxusunun qarşısını almaq üçün mütəxəssislər əla vasitə məsləhət görür. Bu vasitəni mütləq duş almadan öncə istifadə etmək lazımdır. Bu isə hamımızın bildiyi günəbaxan yağıdır. Mütəxəssislər bildirir ki, günəbaxan yağının karbonatla birləşməsi tərləməyə qarşı əla və qalıcı vasitədir. Bu vasitəni əldə etmək üçün bir miqdar günəbaxan yağını təxminən eyni ölçüdə karbonatla qarışdırmalı və qoltuq altına yüngül hərəkətlərlə masaj edilərək çəkilməlidir. Bir qədər keçdikdən sonra isə duşa girib yuyunmaq olar. Bu vasitəni müntəzəm istifadə etdikdə tərləmənin azaldığını, pis qoxunun çəkildiyini görəcəksiniz. Yağla karbonat qarışığını pambıq vasitəsilə də qoltuq altına çəkmək olar. Günəbaxan yağı əvəzinə alma sirkəsi də istifadə etmək olar. Alma sirkəsi bakteriyaları məhv etdiyindən pis qoxunu azaldır. Alma sirkəsini də yuyunmazdan bir neçə dəqiqə əvvəl çəkib, bir qədər gözləmək, sonra yuyunmaq lazımdır. Müətəxəssislər dar, sintetik parçadan olan və tünd rəngli geyimlərin bədənin daha çox tərləməsinə səbəb olduğunu, yay günlərində açıq rəngli və təbii - kətan, çit, ipək parçalardan geyimləri məsləhət görür. Həmçinin isti günlərdə ədviyyatlı, yağlı, istiotlu yeməklər də tərləməni artırır. Əlbəttə ki, bol su içmək bir nömrəli tövsiyədir.