Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Bərpa edilən Ağdərə rayonunun sərhədlərində hazırda mərz nişanları basdırılır.
Sherg.az Report-a istinadla xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.

"Naturada sərhədlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə və qonşu həmsərhəd rayonların nümayəndələrinə tanıdılır", - deyə o qeyd edib.