Rihanna Olimpiadanın rəsmi sponsoru oldu! Elan çox bəyənildi

Dünyaca məşhur barbadoslu müğənni Rihannanın gözəllik brendi Fenty Beauty Paris 2024 Yay Olimpiya Oyunlarının rəsmi sponsoru olub. Məşhur müğənni xəbəri sosial şəbəkədə açıqlayıb və paylaşım qısa zamanda milyonlarla bəyənmə alıb.

Sherg.az xəbər verir ki, "Forbes"in ABŞ-nin sərvətlər qazanan ən zəngin qadınları siyahısına daxil olan Rihannanın Fenty Beauty brendi Olimpiada ilə sponsorluq müqaviləsi imzalayıb.

Rihanna bu xəbəri cümə axşamı səhər sosial şəbəkədə paylaşıb. O, 2017-ci ildə təsis etdiyi gözəllik brendinin bir ay davam edəcək qlobal tədbirdə onun rəsmi “premium tərəfdaşı” kimi xidmət edəcəyini söyləyib.

36 yaşlı müğənni bu xəbəri Eyfel qülləsi qarşısında gəzərkən və əlində brendindən olan böyük ölçülü dodaq parıldadıcı şüşəsini tutan fotosu ilə açıqlayıb.

Sosial şəbəkə istifadəçiləri fotonun orijinal versiyasını tez tapıblar.

Orijinal fotoda iki uşağının atası olan reper A$AP Rocky Eyfel qülləsinin qarşısında gəzir.


Musiqi sahəsindəki uğurları ilə pərəstişkar kütləsi qazanan Rihanna alt paltarı markası Savage X Fenty və gözəllik markası Fenty Beauty ilə iş dünyasında özünə yer tapıb.

Məşhur müğənni tez-tez həm alt paltarı, həm də gözəllik məhsulları ilə kamera qarşısına keçərək öz məhsullarını təbliğ edir.

Rihanna 1,4 milyard dollar qazancı ilə dünyanın ən varlı qadınları siyahısında 23-cü yerdədir.

RZA və Riot adlı iki övladı olan müğənni sərvətinin böyük hissəsinə görə gözəllik brendinə borcludur. Digər tərəfdən, müğənni Savage x Fenty alt paltarı markasının 28 faizinə sahibdir.