Canlı yayımda dava edib, küsmüşdülər, 15 ildən sonra barışdılar!

İbrahim Tatlısəs və Yıldız Tilbe 2009-cu ildə İbo Şousunda dava etmişdilər. Tilbe Tatlısəsin ona dediklərinə görə yayımı tərk etmişdi. Nəhayyət, ikili 15 ildən sonra ilk dəfə bir araya gəlib.

Sherg.az xəbər verir ki, 2009-cu ildə canlı yayımda İbrahim Tatlısəslə Yıldız Tilbe arasında yaranan böyük mübahisə aralarında nifaqa səbəb olmuşdu.

İbo Şousuna qatılan Yıldız Tilbe "Kandıramazsın Beni" mahnısını oxuduqdan sonra reklam fasiləsi verib. Reklamlardan sonra Tatlısəs Tilbenin ona hörmətsizlik etdiyini bildirib.


Yıldız Tilbenin keçmişdə döyüldüyünü və ondan kömək istədiyini iddia edən Tatlısəs, “Səni onların əllərindən xilas etdim” deyib. Yıldız Tilbe isə cavabında  “Məni heç kim xilas etmədi. Həm də mən səndən kömək istəmişəmsə, bunu niyə burada deyirsən? Çox ayıbdır"-deyə söyləyib.

Tatlısəs oğlundan sonra illərdir mübahisə etdiyi şirkətinin keçmiş sənətçisi Yıldız Tilbe ilə barışıb. Yıldız Tilbe və İbrahim Tatlıses birlikdə çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar. Foto sosial mediada tez bir zamanda "İlin jurnal bombası" kimi şərh olunub.