Gecikən diplomlar: Tələbələrin narazılığı haqlıdır -EKSPERT

Ali təhsil müəssisələrindən məzun olan şəxslər diplomlarını fərqli vaxtlarda əldə edirlər. Onlardan bir çoxu diplomun gec verilməsindən narazılıq edib. Hətta, universitetləri yüksək nəticə ilə bitirənlər də diplomları tez əldə edə bilmirlər.
Görəsən, gecikmənin səbəbi nədir ? Bu məsələ necə tənzimlənməlidir?

Sosial Tədqiqatlar Mərkəzinin  əməkdaşı. təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri “Sherg.az”a söyləyib ki, hər il ali təhsil müəsisələrində məzun olacaq tələbələrin diplomunun alınmasında gecikmələrlə bağlı müzakirələr və şikayyətlər olur:

''Burada tələbələri müəyyən qədər haqlı saymaq olar. Çünki bu onların bəzilərinin işlə təmin olunma məsələsinə, oğlanların isə hərbi xidmətinə maneə yaradır. Ancaq digər tərəfdən nəzərə almaq lazımdır ki, prosses tək universitetdən asılı deyil. Universitetdə müəyyən işçi qrupu yəni, atestasiya komissiyası diplomların hazırlanmasına nəzarət edir. Bildiyim qədəri ilə yalnız Bakı Ali Neft Məktəbi bu il bitirən məzunların bir qismini diplomla təmin edib. Çox müsbət haldır. Ancaq Bakı Ali Neft Məktəbində tələbə sayı çox deyil. Burada kəmiyyətdə mühüm rol oynayır. Yəni, Bakı Ali Neft Məktəbini digər universitetlərlə müqayisə etmək doğru deyil. Ancaq sual yarana bilər ki, bəs az sayda tələbəsi olan özəl universitetlər niyə diplomları vermir? Bu artıq problem yaradır. Nəzərə almaq lazımdır ki, mümkünlük olmayan halda diplomun keçikdirilməsində universiteti qınaya bilmərik. Doğrudur, bu istiqamətdə prossesi tezləşdirmək üçün mümkün vasitələrdən istifadə edə bilərlər. Bir sözlə, tələbələrin narazılıqlarını anlayışla qarşılamalıdırlar''.

Ekspert qeyd edib ki, burada prossesin bəzi detalları universitetdən asılı olmaya bilər:
''Çünki dövlət tələbəyə ali təhsili bitirdiyinə görə, sənəd verir. Ona görə sənəddə dövlət qurumunun da imzası olmalıdır. Fikrimcə, haqlı olsaq belə, günahlandırıcı deyil, anlayışlı mövqedə olmalıyıq. Təbii ki, müəyyən mexanizm tətbiq etməklə diplomların təhvilini sürətləndirmək olar. Ancaq hələ bununla bağlı yenilik yoxdur".